Ana Sayfa > Region > Gürcüstana “Pfizer” peyvəndi çatdırılıb

Gürcüstana “Pfizer” peyvəndi çatdırılıb


25-03-2021, 07:49. Yazar: admin
Gürcüstana “Pfizer” peyvəndi çatdırılıb

Gürcüstana koronavirus əleyhinə “Pfizer” peyvəndi çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, qonşu ölkə 30 min dozaya yaxın peyvəndi ABŞ-dan tədarük edib.

“Pfizer” vaksini 65 yaşdan yuxarı tibb işçilərinin peyvəndlənməsi üçün istifadə olunacaq. Səhiyyə sahəsində çalışanlar “AstraZeneca” və “Pfizer” peyvəndi arasında seçim edə biləcəklər.

Xatırladaq ki, Gürcüstanda “AstraZeneca” vaksininin tətbiqi ilə peyvəndləmə prosesinin ilk mərhələsinə martın 15-dən başlanılıb.

Gürcüstanda hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 278 628-ə, sağalanların sayı isə 270 922-yə çatıb. Ölkədə ümumilikdə 3 722 nəfər pandemiyanın qurbanı olub.
Geri dön