Ana Sayfa > Region > Əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həbs olunub

Əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həbs olunub


18-03-2021, 13:51. Yazar: admin
Əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həbs olunub
İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həsb olunub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qondarma “Qarabağ ordusunun” komandirlərindən biri olan İ.Vahanyan əsgərlərin ölümündə, yaralanmasında, itkin və əsir düşməsində ittiham olunur. Rəsmi ittihama görə o, döyüş meydanından qaçıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə Ermənistan Silahlı Qüvvələrinin əsgər və zabitləri barəsində minlərlə cinayət işi açılıb.
Geri dön