Ana Sayfa > Region > Qaxda şübhəli tenderlər... - milyonları udan Rövşən Əliyev kimdir?
Qaxda şübhəli tenderlər... - milyonları udan Rövşən Əliyev kimdir?10-03-2021, 10:33. Yazar: admin |
Qax Suvarma Sistemləri İdarəsi martın 9-da 2 satınalma müsabiqəsi keçirib. Ümumi məbləği 432 min manat olan tenderlərin qalibi Rövşən İsmayıl oğlu Əliyev (VÖEN- 4300406972) olub. Tenderin şərtlərinə görə, Rövşən Əliyev Qax Suvarma Sistemləri İdarəsinə əsaslı və cari təmir üçün tikinti materialları satacaq. Rövşən Əliyev ötən il də Qax Suvarma Sistemlərin İdarəsinin keçirdiyi 2 tenderin qalibi olub. Həmin zaman idarəyə satdığı əsaslı və cari təmir üçün nəzərdə tutulan tikinti materiallarına görə Rövşən Əliyevə 475 min manat ödənilib. Qaxda şübhəli tenderlər... Maraqlıdır ki, Rövşən Əliyev keçən il 2 tenderin qalibi olsa da, onunla yalnız bir satınalma müqaviləsi bağlanıldığı açıq məlumat mənbələrində əksini tapıb. Həmçinin, 1 il ərzində Suvarma İdarəsinə az qala 1 milyon manat məbləğində material satan Rövşən Əliyevlə bağlı internet resurslarında heç bir məlumat yoxdur… //qaynarinfo.az/ Geri dön |