Ana Sayfa > Region > Oğuz DYP rəisinin əməllərindən DİN rəhbərliyinə şikayət olundu
Oğuz DYP rəisinin əməllərindən DİN rəhbərliyinə şikayət olundu7-03-2021, 11:49. Yazar: admin |
Oğuz rayonun Bucaq kəndində yaşayan Cabbarzadə Mikayıl Hikmət oğlu tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova, DİN Baş İstintaq və Təhqiqat İdarəsi rəisinə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə Oğuz rayon Polis Şöbəsi, DYP əməkdaşının evinə gələrək qapıda dayanmış maşınına soxulub zorakılıqla texpasportunu almış polis Cavadov Rəşadın və onu qapısına göndərən DYP rəisi Tahirin qanunsuz hərəkətlərinin dərhal qarşısının alınması barədə mətbuat vasitəsi ilə müraciət ünvanlanıb. Aktualinfo.org vətəndaş Mikayıl Cəbrayılzadənin müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır: Yazıb Sizə məlum edirəm ki, DİN rəhbəri olaraq həmişə cənab prezidentimizi dəstəkləmisiniz. Dövlətimizin qanunlarını həmişə ali tutmusunuz. Lakin Oğuz rayonun Yol Polisləri Sizin etimadınızı doğrultmurlar. Və insanlardan düşərik ( hörmət adı altında) rüşvət alırlar, incidirlər,vətəndaşları alçaldırlar. Bir sözlə, yol polisinin özbaşnalığı baş alıb gedir. 02.03.2021-ci il tarixdə öz maşınımı Sumqayıtda avtosalona verib kreditlə başqa maşın götürmüşəm. Ancaq iki gündür ki, doğma kəndimdə maşınımı sürə bilmirəm. Maşınımın markası İnfiniti Fx35, nömrəsi 99 DJ 447-dir. Cənab nazir, evimizdə 5 manat varsa hər gün də bu yol polislərinin hörmətlərini edirik. ( yəni bu qanundur ki, biz yola çıxırıqsa 5 man verməliyik-sürmək haqqı-rüsumu kimi) Bayramlarda isə tam başqa cürdür. Gərək çox hörmət edək. Bu gün istədim ki, bazara gedəm. Yolda Oğuz DYP-ləri məni saxladılar. Yenə həmişəki kimi 5 manatı adəti üzrə verib evə gəldim. Elə evə yenicə çatmışdım ki, məni saxlayan Oğuz DYP-si Cavadov Rəşad Abbas oğlu qapıma gəlib dedi ki, bəs naçalnik QAİ buna ( əvvəl verdiyim 5 manat nəzərdə tutulur) razı deyil. Nə istədiklərini bilmirəm. Sonra dedi ki, kapotu açın baxım. Açdım. Heçnə tapmadı. Sonra texpasportu ver dedi. Sənədi vermək istəmədikdə maşınıma soxularaq texpasportu əlimdən zorla dartıb aldı. Sonra mənə dediki gələrsən polis şöbəsinə və Tahir müəllimlə görüşərsən. Yoxsa bu maşını Oğuz rayonu ərazisində sürməyə qoymarıq. Hörmətli nazir keçən ay atamın etibarnamə verib sürdüyüm Ford maşını ağaca toxundurmuşdum. Sığortaya verməyə tək bir arayışa görə DYP rəisi Tahir müəllimə 200 manat pil vermişəm. Oğuz rayonunda bunların əlindən millət maşın sürə bilmir. Cənab nazir əgər bizim bu gün gəlib hədlənməklə, sənədlərimi zorla sənədimizi əlimizdən alıb aparırlarsa biz dərdimizi kimə söyləyək? Ailəmiz 7 nəfərdən ibarətdir və 5 nəfərimiz YAP üzvüdür. Atam isə 1993-cü ildən Oğuz rayon YAP təşkilatının üzvüdür. Ailəmiz təsərrüfatla məşğuldur. Başqa dolanacaq yerimiz yoxdur, maaş almırıq. Hörmətli nazir sizdən xahiş edirəm ki, Oğuz QAİ-si tərəfindən rəisin tapşığıilə evimə gəlib zorakılıqla əlimdən apardığı texpasport sənədinin geri qaytarılmasını və Oğuz DYP-də qanunlarımıza hörmət qoyulmasına, özbaşnalığın dayandırılmasınagöstəriş verəsiniz ki, biz insanlar da bu ağır pandemiya dövründə rahat təsərrüfatımıza gedib gələ bilək. Oğuz rayonu əhalisi adından Sizə əvvəlcədən təşəkkürümüzü bildirirk. Geri dön |