Ana Sayfa > Region > Gürcü immunoloq: "Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir"

Gürcü immunoloq: "Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir"


6-03-2021, 09:37. Yazar: admin
Gürcü immunoloq: "Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir"

"Azəbaycan və Türkiyədə tətbiq olunan Çinin "SinoVac" vaksini çox ümidverici görünür".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu immunoloq-allerqoloq Bidzina Kulumbeqov Birinci kanalın "Günün mövzusu" proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan Çin vaksini də tədarük etməlidir: "Çində üç perspektivli peyvənd - "SinoVac", "Sinopharm" və "CanSino" preparatları hazırlanır. Çin bazarı əlçatanlıq baxımından ciddi bazardır, çünki orada böyük epidemiya yoxdur".
Geri dön