Ana Sayfa > Region > Tərtər açıqlama məcburi köçkün Şəfiqə Bayramova
Tərtər açıqlama məcburi köçkün Şəfiqə Bayramova3-03-2021, 21:14. Yazar: admin |
23 fevral 2021-ci il tarixdə “Kanal13”-də “İcra başçısı Müstəqim Məmmədov məni hər kəsin gözü önündə təhqir edib qovdu” başlığı altında verilmiş müraciətlə bağlı bildiririk ki, məcburi köçkün, müvəqqəti olaraq Həsənqaya kəndində məskunlaşmış Bayramova Şəfiqə Nəbi qızının evinə işçi qrupu tərəfindən 13 noyabr 2020-ci il tarixində baxış keçirilib, ev təmir kateqoriyasına aid edilib, plastik kartına 1000 (min) manat köçürülüb. Vətən müharibəsində ziyan dəymiş evlərə icra hakimiyyəti deyil, işçi qrupu tərəfindən baxış keçirilir və qiymətləndirilir. Rayon icra hakimiyyəti tərəfindən işçi qrupunun işinə müdaxilə edilmir. Odur ki, Şəfiqə Bayramovanın rayon icra hakimiyyətinin başçısı haqqında dedikləri əsassızdır. O, icra başçısı tərəfindən heç vaxt təhqir olunmayıb, müraciəti ilə bağlı vətəndaşa müvafiq izahat verilib. Şəfiqə Bayramova hazırda Şıxarx məktəbində məskunlaşıb. Heydər Əliyev Fondu, rayon icra hakimiyyəti, Qaçqınlarn və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Qizıl Aypara” Cəmiyyəti və qeyri-hökümət təşkilatları tərəfindən vətəndaş 16 dəfə ərzaq və geyim, yataq, qazan dəsti ilə təmin edilib. Tərtər Rayon İcra Hakimiyyəti Geri dön |