Ana Sayfa > Region > Ərdoğandan evlənəcək gənclərə müjdə!
Ərdoğandan evlənəcək gənclərə müjdə!3-03-2021, 11:44. Yazar: admin |
Ailə qurmaq üçün maddi imkanları çatmayan gənclərə dövlət yardım edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnsan Hüquqları Fəaliyyət Planının təqdimat yığıncağında önəmli açıqlamalar verib. “Şərq” qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan evlənəcək gənclərə yardım sahəsinin genişlənəcəyini söyləyib. Prezident bildirib ki, gəncləri ailə qurmağa təşviq etmək üçün dövlət tərəfindən həyata keçirilən yardımların miqyası genişlənəcək: “Gənclərin məşğulluğu ilə bağlı Milli Strateji sənəd hazırlanıb. Bu, gənclərin təcrübə imkanlarını genişləndirəcək. Digər tərəfdən ailə qurmaq üçün maddi imkanları çatmayan gənclərə dövlət tərəfindən köməklik edilməklə yanaşı, gənc ailələrə göstərilən hüquqi xidmətlər üçün də vəkillərdən alınan verginin miqdarı azaldılacaq. Həmçinin, məhkəmə və notarius xərcləri də aşağı salınacaq. Bütün qərar və qanunlar xalqa xidmət üçündür”. Geri dön |