Ana Sayfa > Region > Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir
Ermənilərin əksəriyyəti Qarabağa qayıtmaq istəmir3-03-2021, 08:05. Yazar: admin |
Vaxtilə azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər. “Vestnik Kavkaza” nəşri bildirir ki, 22 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə aparılmış araşdırmaya əsasən, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. Qalan 15% isə Qarabağın böyük şəhərlərinə (Xankəndi və Xocavənd) qayıtmağı, həmçinin Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırır. Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi birbaşa paylanan ərzaq məhsullarıdır. Respondentlərin təxminən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub. Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını deyir. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ailələrin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70%-i yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiyini bildirib. Geri dön |