Ana Sayfa > Region / Manşet > Bakıda daha bir təhsil ocağı bağlana bilər
Bakıda daha bir təhsil ocağı bağlana bilər30-04-2015, 15:15. Yazar: admin |
Ağarəhim Nüsrət oğlu Rəhimovun rektoru olduğu Bakı Qızlar Universitetində təhsilin səviyyəsi həm adıçəkilən ali məktəbdə oxuyan tələbələri, həm onların valideynlərini, həm də ekspertləri qane etmir. Belə ki, hazırda Bakı Qızlar Universitetində xarici dil (ingilis) müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, psixologiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə kadrların hazırlandığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, əksər ekspertlər adıçəkilən təhsil ocağının bağlanmasını məqsədəuyğun hesab edirlər. Bu gün ölkədə bir sıra özəl ali təhsil müəssisəsinin fəaliyyətinə xitam verilmə ehtimalının olduğunu qeyd edən mənbə iddia edir ki, əgər belə davam edərsə, o zaman yaxın vaxtlarda Bakı Qızlar Universiteti lisenziyasız qala bilər: "Təhsil Nazirliyi qısa müddət ərzində bütün özəl universitetlərdə köklü yoxlamalara start verəcək. Bu zaman ali məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi, yəni akkreditasiya prosesinə başlanılacaq. Heç şübhəsiz ki, Ağarəhim Rəhimovun rəhbərlik etdiyi Bakı Qızlar Universitetində baş tutacaq yoxlama zamanı bu ali məktəbdə çoxsaylı qanun pozuntuları, maddi-texniki bazanın vəziyyətilə bağlı qüsurlar, tədris işinin təşkilində kobud çatışmazlıqlar aşkarlanacaq. Bundan başqa, bir sıra təhsil ekspertləri, məsələn, Etibar Əliyev hələ bir müddət əvvəl deyib ki, bu cür ali məktəblərin fəaliyyətinin dayandırılmasının vaxtıdır. Odur ki, artıq keçmiş təhsil naziri Misir Mərdanovun dövründə himayə olunan özəl ali məktəblərin, əsasən də Bakı Qızlar Universitetinin bağlanması real görünür". Vertikal.az bildirir ki, Ağarəhim Rəhimovun rektoru olduğu universitetin maddi-texniki bazasına gəlincə, məlumatlı şəxs bildirir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil: "Belə ki, universitetdə kompüter mərkəzi və digər kabinetlər, eləcə də avadanlıqlar müasir standartlara cavab vermir. Onu da qeyd edim ki, Bakı Qızlar Universitetinin tələbələrinin bir qismi imtahan vaxtı bir sıra arzuolunmaz halların tüğyan etdiyini bildirirlər. Bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə şikayət olunsa da, Ağarəhim Rəhimov yenə də üniversiteti öz "qayda"ları ilə idarə edir. Bu isə tələbələrin haqlı etirazına və onların əlavə xərcə düşmələrinə səbəb olur". Son illər Bakı Qızlar Universitetində heç bir ciddi islahatların aparılmadığını, nəticədə mövcud neqativ halların sayının ildən-ilə artdığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, imtahan zamanı rektorun göstərişilə tələbələr müxtəlif formalı təzyiq və təsirlərə məruz qalırlar: "Belə ki, müəllimlər imtahan zamanı tələbələri kəsirlə qorxudaraq rektorun maraqlarının təmin olunmasına çalışırlar. Artıq Bakı Qızlar Universitetinin təbələri bu cür neqativ hallardan təngə gəliblər. Onlar müvayiq orqanların ali təhsil ocağında yoxlama aparmağa dəvət edirlər". Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri dön |