Ana Sayfa > Region > Lələtəpəni geri alaraq qəhrəman olmaq istəyən 830 hərbçini Paşinyan necə gorbagor etdi...
Lələtəpəni geri alaraq qəhrəman olmaq istəyən 830 hərbçini Paşinyan necə gorbagor etdi...3-02-2021, 08:42. Yazar: admin |
44 günlük müharibədə Ermənistanın Lələtəpə əməliyyatının yeni təfərrüatları məlum olub. Nikol Paşinyan komandirlərə “Lələtəpəni tuta biləsniz, sizi qəhrəman adı ilə mükafatlandıracam” deyib. Hücum zamanı Azərbaycan ordusu düşmənin strateji yüksəkliyə yaxınlaşmasına imkan yaradıb. Ardınca ağır zərbələrlə erməni hərbi birliyini məhv edib. Ermənilər mənbələr bu hücumda Ermənistanın 830 hərbçisini itirdiyini yazırlar. Qeyd edək ki, bir neçə gün öncə erməni teleqram kanalları Lələtəpə əməliyyatı ilə bağlı yazmışdı. Məlumata görə, müharibənin getdiyi günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan Lələtəpəyə hücum əməliyyatı hazırlayıb. Lakin separatçıların “müdafiə naziri”, müharibənin gedişində ordumuzun dəqiq atəş zərbəsi ilə ağır yaralı olaraq sıradan çıxardığı Cəlal Arutyunyan bu əməliyyata qarşı çıxıb. O, bu əməliyyatın strateji planda faydasız olduğunu, belə bir hücumun Paşinyanın şəxsi marağına xidmət etdiyini deyib. Beləliklə, Tonoyanla Arutyunyan arasında mübahisə yaranıb. Şahidlər danışırlar ki, hətta onlar əlbəyaxa davaya çıxıblar. Əməliyyatın müzakirəsi zamanı Paşinyanın arvadı Anna Akopyan da qərargahda olub. Anna da Tonoyan kimi Lələtəpənin işğal edilməsində təkid edirmiş. Son olaraq, Tonoyan və Annanın istəyi olub. Erməni hərbçilər 2016-cı ilin “aprel müharibəsi”ndə azad edilən Lələtəpənin yenidən işğalı üçün hücuma keçiblər. Lakin Azərbaycan Ordusunun cavab zərbəsi ilə ağır itkilər verərək, geri çəkilməyə məcbur olublar. İndi məlum olur ki, Ermənistan tərəfi bu hücumda 830 hərbçi qurban verib. (publika.az) Geri dön |