Ana Sayfa > Region > Ərdoğan Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər edəcəyi barədə sənədi təsdiqləyib
Ərdoğan Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsilə səfər edəcəyi barədə sənədi təsdiqləyib30-01-2021, 13:13. Yazar: admin |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiq edib. “Report” xəbər verir ki, sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Həmin sənədlər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının diplomatik pasportu; 2. Azərbaycan Respublikasının xidməti pasportu; 3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu. 4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən); 5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda); 6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə); 7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi; 8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi ( Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün). Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılacaq. Geri dön |