Ana Sayfa > Region > Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN

Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN


27-01-2021, 18:06. Yazar: admin
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN

Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda tərəflər arasında işçi qrupunun ilk iclasına hazırlıqlar aparılır.

Nazirlikdən bildiriblər ki, aktual məqsəd region dövlətlərinin mehriban qonşuluq münasibətlərinin bərpası, millətlərarası və məzhəblərarası sülh və etimadın təmin olunması, Cənubi Qafqazda sabitlik və çiçəklənmə üçün şəraitin yaradılması üçün qarşıdurmadan barışığa keçidi təmin etməkdir.
Geri dön