Ana Sayfa > Region > Daha bir baş həkimə AĞIR İTTİHAM... - Prezidentə müraciət olundu

Daha bir baş həkimə AĞIR İTTİHAM... - Prezidentə müraciət olundu


25-01-2021, 17:42. Yazar: admin

Daha bir baş həkimə AĞIR İTTİHAM... - Prezidentə müraciət olundu
vertikal;azLənkəran rayonu, Mamusta kənd sakini Vəliyeva Qızvəst Mirahil qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirim ki, Mamusta kənd xəstəxanasında işləyən əmim qızı olan Abbasova Gülbahar Xahəsən qızı mənə bildirdi ki, o rəhmətlik Rövşən Lənkəranskinin anası Hacıxanım ananın yanında katibə kimi də işləyirmiş. Onun köməkliyilə atanın, əminin və diggər tanıöın adamların əlillik pensiyasına çıxmaq, işə düzəlmək kimi problemlərini çox asan həll edə bilir. İlk növbədə atam Mirahilin ciddi xəstəliyinə görə onunla 2000 manat adanışdım. Və əvvəlcə 1000 manat, daha sonra da 1000 manat verdim. Sonra qardaşım Əhmədağanın da pulunu ürək xəstəliyindən pensiyaya çıxmağa görə verdik.Sonra bacım Mirvarinin də beləcə pulunu verdik. Gülbahar bu pulları işlədiyi xəstəxanada baş həkim Şakirə, Talehə və Könülə verərək işi düzəldəcəyini bildirmişdi. Beləliklə bütün ciddi xəstə olan qohum-əqrəbadan –cəmi 29 nəfərdən əlillik pensiyası və iş düzəltmək adı ilə mənim yanımda Gülbahara cəmi 52800 manat pul verdik. Lakin aradan 8 ay keçdi. O əvvəlcə izah etdi ki. baş həkim sənədləri təsdiq etdirmək üçün yuxarılara verib. Amma Koronavirus vaxtı olduğuna görə işlər uzanır. İşi belə görüb əvvəlcə Hacıxanımın evinə getdim. Dedilər hacıxanım ana 1il aydır ki, burada yaşamır, Bakıda olur. Ona görə də Polis Şöbəsinə gəlib şikayət ərizəsi verdim. DİN-nin 102 xidmətinə də bu barədə şikayət etmişdim. İşə əvvəlcə Elvin adl müstəntiq baxırdı. Sonra o heç bir tədbir görmədiyindən işi ondan alıb başqasına verdilər. Düz 3 aydır ki, Lənkəran Polis Şöbəsi mənə heç bir cavab vermir. Amma bir dəfə polisdə olanda polislər gülbahar haqqında dedilr ki, o adam öz evindən oğurluq etdiyinə görə də izahatı alınıb.gülbaharla mənim aramd çoxsaylı SMS yazışmalar varki, pulun alınması, kimə verilməsi hamısı olsa da polis buna əhəmiyyət vermir. Məsələn şəhid ailəsi var ki, onlardan 12100 manat pul almışindi,dı oğluu yaxşı işə düzəltmək adıilə Amma sonra həmin oğlu müharibədə şəhid oldu. Heç onun da pulunu insafları olub qaytarmırlar ki, ailə onsuz da bədbəxt olub.Bu gün bütün ziyana düşən qohum-əqrəba deyir ki, Qızvst biz biliri ki, burda sənlik bir şey yoxdur. Biz sənin yanında pulu Gülbahara vermişik. O da aydın olub ki, yaşadığı evi Gülbahar supper təmir etdirib, qalan pulları da baş həkim və Talehlə bölüblər.Sən şikayət et biz hamılıqla səni müdafiə edəcəyik, şahid ifadəsi verəcəyik.Qorxma. Bir tərəfdən polisin xəstəxananın baş həkimi Şakiri, Gülbaharı izahat vermək üçün dəvət etməsindən sonra onlar məni xəstəxanaya çağırıb hədə-qorxu gəlməyə başladılar. Gülbahar dedi ki, əgər bir də Şakirin, Talehin, Könülün adını polisə versən sənin uşağın 1 iynənin qurbanı olacqdır. Heç bilməyəcəksən hansı həkimin əlilə olub. Mən bu hədləmələr haqqında Ləçkəran polis Şöbəsinə, İcra Hakimiyyətinə, ərazi kənd nümayəndəsinə, DTX-ya müraciətlər etmişəm. Təkcə İcra hakimiyyətinin hüquqşünası yazır ki, get Lənkəran ŞPŞ-nə və ya Lənkəran Prokurorluğuna müraciət et. Bundan sonra baş həkim Şakir məni öz otağına çağıraraq hədə-qorxu gəldi ki, talehin adını çəksən o səni məhkəməyə və prokurorluğa verəcək.O məni həkim Talehin yanına apararaq səsimi gizli yazdı və şərlədi. Gülbahar isə mənə ayrıca narkoman dayısıilə hədlədi ki, səni məhv etdirərəm. Məm xəstə oğlumla 113 manat pulun ümidilə yaşayırıq. Camaatın pulunu mən qaytara bilmərəm.

Bizə sonradan o da məlum oldu ki, Gülbahar xəstəxana işçilərinin hərəsinə 300-700 manat paylayaraq guya bu pulların Mehriban Əliyevanın Fondu və deputata Qənirə paşayevanın Fondu tərəfindən göndərildiyini bildirdi. Halbuki bu pullar bizlərdən yığılmışdı.İndi nə mən nə də 4 yaşl xəstə oğlum evdən bayıra çıxa bilmirik ki, xəstəxana işçiləri bizi gəlib öldürəcəklər. Ona görə də Daxili İşlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənim və oğlumun təhlükəsizliyinin təmin olunması üçün şəxsən göstəriş verəsiniz.

Hörmətli Prezident Sizdən çox xahiş edirik ki, əlillik pensiyasına çıxamaq və işə düzəlmək adı altında biz əlacsız, xəstə və şəhid ailəsi olan Lənkəran rayonun Mamusta kənd sakinlərindən kənd xəstəxana işçiləri – Gülbahar, Şakir, Taleh və Könül adlı şəxslər tərəfindən aldadılaraq əlimizdən alınmış cəmi 52800 manat pulumuzun qaytarılması üçün ( bu pulun 12100 manatı şəhid ailəsinindir)aidiyyatı dövlət orqanlarına göstəriş verəsiniz".

İddia olunanlarla bağlı vertikal.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri dön