Ana Sayfa > Region > Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb VİDEO


16-01-2021, 12:24. Yazar: admin
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini yayıb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Hacıkənd dəniz səviyyəsindən 1794 metr hündürlükdə, Tər-Tər çayının sağ sahilində yerləşir. Kəndin yaxınlığındakı Qoçdaş yaylağında mövcud olan tarixi yüz illərlə ölçülən qədim qoç heykəlləri sonralar Kəlbəcər rayonunun tarix-diyarşünaslıq muzeyinə aparılıb. Hacıkənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.


Geri dön