Ana Sayfa > Region > Gürcüstanda Amnistiya aktı qəbul olundu

Gürcüstanda Amnistiya aktı qəbul olundu


11-01-2021, 15:35. Yazar: admin

Gürcüstanda Amnistiya aktı qəbul olundu
Gürcüstan parlamenti “Amnistiya haqqında” qanunu III oxunuşda qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, 83 deputat aktın lehinə səs verib.

Qanuna əsasən, amnistiya ötən il dekabrın 11-dək Cinayət Məcəlləsinin 80-ə yaxın maddəsi üzrə ağır olmayan cinayət törətmiş şəxslərə şamil ediləcək. Məhkəmələr əfv olunacaq bütün şəxslərin işlərinə yenidən baxacaq.

Amnistiya aktı ilə 1 500-dən çox məhbus azadlığa buraxılacaq.

Qanun qüvvəyə mindiyi gündən bir ay ərzində tətbiq olunmalıdır.
Geri dön