Ana Sayfa > Region > Gürcüstanda iki azərbaycanlı güllələnib - FOTO

Gürcüstanda iki azərbaycanlı güllələnib - FOTO


24-12-2020, 14:29. Yazar: admin
Gürcüstanda iki azərbaycanlı güllələnib - FOTO

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.
APA-nın Gürcüstan bürosunun yerli sakinlərə istinadən verdiyi xəbərə görə, hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.


Geri dön