Ana Sayfa > Region > Paşinyandan ermənilərə Zəngəzur müraciəti
Paşinyandan ermənilərə Zəngəzur müraciəti19-12-2020, 13:47. Yazar: admin |
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Zəngəzur (Sünik) vilayətində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən bildirir. Xalqa ünvanladığı videomüraciətində o deyib ki, Ermənistan Zəngəzur vilayətində demarkasiyasının nəticəsi olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıdır. N.Paşinyan bildirib ki, bu gün Rusiya sərhədçiləri və digər qüvvələr Zəngəzurda sərhədin qorunmasında iştirak edir. “Bu, təhlükəsizlik baxımından tamamilə yeni reallıqdır”, - deyən Paşinyan təşviş içərisində olan bölgə ermənilərini sakitləşdirməyə çalışıb. Ermənistanın baş naziri hökumətin Zəngəzur ərazilərini Azərbaycana verməsi, yaxud torpaqların itirilməsi ilə bağlı yayılan fikirləri təkzib edib. “Bu günlərdə Zəngəzurda sərhədlərin dəqiqləşdirilməsi həyata keçirilir, Ermənistan Silahlı Qüvvələri respublikanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində dayanırlar”,-deyə, baş nazir əlavə edib. “Biz Zəngəzurda bir millimetr torpağı da güzəştə getməmişik”,-deyən Paşinyan etirazçıları sakitləşdirməyə cəhd göstərib. Bununla belə baş nazir istisna etməyib ki, yaranmış vəziyyətlə əlaqədar yollar və daşımaçılıqla bağlı problemlər yarana bilər. Qeyd edək ki, Zəngəzur istiqamətində sərhədlərin dəqiqləşdirilməsi prosesi nəticəsində yüksəkliklər Azərbaycanın nəzarətinə keçib. Bu da Qafan rayonunun bölgədəki kəndlərinin əhalisi arasında ajiotaja səbəb olub. Gələn həftə Paşinyan bölgəyə gedib əhali ilə görüşəcək. Musavat.com Geri dön |