Ana Sayfa > Region > Türkiyə dron və PUA-ya qarşı yeni hava müdafiə sistemi yaratdı - “KALKA”nın müştəriləri arasında Rusiya da var

Türkiyə dron və PUA-ya qarşı yeni hava müdafiə sistemi yaratdı - “KALKA”nın müştəriləri arasında Rusiya da var


1-12-2020, 17:36. Yazar: admin

Türkiyə dron və PUA-ya qarşı yeni hava müdafiə sistemi yaratdı - “KALKA”nın müştəriləri arasında Rusiya da var
Türkiyə Milli Müdafiə Nazirliyi “Milli və NATO Gizli Müəssisə Təhlükəsizlik Sertifikatı”na sahib zərərli dron və PUA uçuşlarının qarşısını almaq üçün mobil erkən xəbərdarlıq hava müdafiə sistemi “KALKA”nın hazırlandığını açıqlayıb.

Dia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şirkətin koordinatoru Bəkir Yalçın sistemin narkotik, bomba və qadağan olunmuş maddələr kimi yararsız yüklərin və terrorçu uçuşlarının qarşısını almaq üçün istehsal olunduğunu bildirib.

Sistemi “maşın üzərində yerləşdirilmiş dron əleyhinə dron” olaraq xarakterizə edən Yalçın sistemin tamamilə yerli və milli qurğularla istehsal edildiyini deyib.

O, dron üçün Rusiya, Pakistan, BƏƏ, Əfqanıstan, Malayziya, Şri-Lanka, Qətər, Banqladeş kimi ölkələrin müraciət etdiyini vurğulayıb.

Rusiyanın adı açıqlanmayan özəl şirkətlərindən biri sistemi almaq üçün Türkiyəyə müraciət edib və imzalanan müqaviləyə uyğun olaraq məhsulun ixracı üçün istehsal prosesi başlayıb.

“KALKA”nın çatdırılması təxminən bir ay ərzində gözlənilir.

Qeyd olunub ki, Pakistandan bir heyət də “KALKA”nın funksiyalarını görmək və cihazı araşdırmaq üçün Antalyaya gedib. Belə ki, Pakistan bu sahəyə 14 milyon dollar sərmayə ayırmaq niyyətindədir.
Geri dön