Ana Sayfa > Region > Cəlilabadda yaralı əsgərimiz diqqətdən kənarda qalıb... - FOTO

Cəlilabadda yaralı əsgərimiz diqqətdən kənarda qalıb... - FOTO


1-12-2020, 16:06. Yazar: admin
Cəlilabadda yaralı əsgərimiz diqqətdən kənarda qalıb... - FOTOCəlilabadda yaralı əsgərimiz diqqətdən kənarda qalıb... - FOTO
Son günlər şəhid ailələri və qazilər məmurların laqeyd münasibətindən dilə gəlməyə başlayıblar. Reportyor.info xəbər verir ki, Cəlilabaddan bu ilin yanvarında hərbi xidmətə çağrılan rayonun Qarazəncir kənd qeydiyyatında olan Eyvazov Səbuhi Rahim oğlu da onlardan biridir. Tərtərdəki N saylı hərbi hissədə xidmətə başlamış, Ağdərə istiqamətində gedən döyüşlərdə ağır qəlpə yarası alan S.Eyvazovla Cəlilabad rəhbərliyindən maraqlanan olmayıb. O, yaralandıqdan sonra Gəncə şəhər Müalicə Diaqnostika Mərkəzinə gətirilib, reanimasiyaya yerləşdirilib. Müayinə və müalicə olunur, çoxsaylı qəlpə yarası ilə müşahidə olunan kəsilmiş- deşilmiş və qırılmış nahiyyələri ilizarov üsulu ilə əməliyyat olunduqdan iki ay sonra evə buraxılıb.
Lakin üzləşdiyi yaşam tərzi, aldığı xəsarətlərə görə yataqdan qalxa bilməməsi, bir ayağının işləməməsi, bir qıçının isə gipsdə olması aidiyyatı qurumların, əsasən də Cəlilabad rayon icra başçısı Namiq Zeynalovun diqqətindən kənarda qalıb. Bildirilir ki, maddi çətinliklər içərisində olan ailə ilə heç kim maraqlanmır, müalicəni davam etdirə bilmirlər.
Yaralı əsgərimizin anasının dediyinə görə, istər rayon rəhbərliyi, istərsə aidiyyəti qurumların rəhbərləri qazimizə biganə münasibət göstərir: “Məgər tək oğlumu bu vəziyyətdə yola salmışdım?”
Bütün bu olanlara baxmayaraq, ananın tək ümidi oğlunun tez sağalıb hərbiyə qayıtmasıdır.
Maraqlıdır, sağlamlığını itirən Azərbaycan əsgərinin müalicəsinə heç bir dövlət xəstəxanası, heç bir dövlət məmuru yaxın getmir. Üstəlik, heç bir tibbi ləvazimat verilmir. Bu halda əsgər anası çıxış yolunu Ali Baş komandan İlham Əliyevə müraciət etməkdə görür.

(Əlaqə nömrəsi:
+99450 969 92 00)

Reportyor.info
Geri dön