Ana Sayfa > Region > Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı
Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı30-11-2020, 06:21. Yazar: admin |
Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq yalan danışmağı, özündən nağıllar uydurub ona inanmağı, özünü qüdrətli qələmə verməyi vərdiş etmiş ermənilərin rüsvayçılıqlarının arxasında da elə bu xislətləri dayanır. Bədnam qonşularımızı sarsan dəmir yumruğumuz onların bütün riyakarlığını və lovğalığını işıq üzünə çıxarıb. Belə ki, bir müddət əvvəl ermənilərin Kəlbəcərdə yerləşən tarixi alban kilsəsi olan Xudavəngdən çıxmaq istəməyən “müqəddəs ataları” da bu rəzillikdən öz payına düşəni alıb. Çox böyük şövqlə “burada qalıb son damla qanıma qədər vuruşacağam, heç yana getməyəcəm” deyən kilsənin rahibi Ohannes Ovannisyan artıq dədə-babalarına sadiq övlad olduğunu sübuta yetirib. “Qəhrəman və cəsur” erməni xalqının oğlu əsl mərdlik və şücaət nümayiş etdirib, sözünü tutmayaraq, Andronikin ruhunu şad edib. Axı, başqa cür erməni xalqına yaraşmazdı... Bəli, artıq “son damla qanına qədər” Kəlbəcərdə vuruşmalı olan erməni keşişi xalqının ənənələrinə sadiq qalaraq vədinə xilaf çıxıb. O, guya bütün ermənilərin Katolikosu II Qareqin tərəfindən İrəvandakı kilsələrdən birinə keşiş təyin olunub. Yəni istənilən halda ermənilərin müqəddəs ataları öz həmkarlarının Kəlbəcəri tərk etməsinə müqəddəs missiya donu verib. Həyasızlıqda dünyanın ən qabaqcıl xalqlarından biri olan ermənilər cəzasızlıq mühitində, ikili standartların işlədiyi bir dünyada o qədər yollarını azmışdı ki, onun istənilən fərdi, məhz keşiş Ohannes Ovannisyan kimi “cəsarətli çıxışıları” özünə borc bilirdi. Lakin sonuncu cümlə də ermənilərin uydurduğu bütün miflər kimi tarixə qovuşub... Yazdığımız şanlı tarix onu göstərdi ki, nə erməni dövləti dövlətimizin, nə erməni ordusu ordumuzun qarşısında dayana bilmədi... Bu isə indi və gələcəkdə keşiş Ovannisyan kimi “şir ürəyi yeyənlərin” tülkü kimi quyruğunu bulayaraq gəldiyi yerə qaçacağını göstərir. Prezidentimizin dediyi kimi “bizimlə təhdid dilində danışanlar, bunun cəzasını çəkəcəklər”. Ya Nikol Paşinyan kimi hansısa gizli bir otaqda, xalqının gözündən iraq yerdə kapitulyasiya sənədi imzalayacaq, ya da “müqəddəs ata” kimi dabanına tüpürüb İrəvana qaçacaqlar. Geri dön |