Ana Sayfa > Region > Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY2-11-2020, 09:46. Yazar: admin |
Bir qrup Astara rayonun Şahağacı kənd sakini ilə vədləşdiyimiz yerdə görüşdük. Kənd sakinlərinin dediklərinə görə, rayon icra hakmiyyəti başçısının qəbuluna gəliblər. DİA.AZ bildirir ki, onlardan Fətulla Qurbanov-un deməsinə görə, 22 ildir ki, 500 nəfərdən çox kənd sakini onlara məxsus pay torpaqlarını ala bilmirlər: “1998-ci ildə bizə pay torpağı veriblər.Həmin torpaqları “Xəzər” MMC-nin sahibi Taryel Əsədov ələ keçirdib, bizə vermir. Güya biz ərizə ilə müraciət edərək torpaqlarımızı ona vermişik. Biz ərizə yazmamışıq və imza da atmamışıq.O bələdiyyə sədri olanda, torpaqları ələ keçirdib. Sonralar kənd icra nümayəndəsi olub. Sənədlərə möhür vurub...” F. Qurbanovun deməsinə görə, dəfələrlə ona bildiriblər ki, torpaqlardan çıx, amma çıxmayıb: “Vaxtıilə həmin sahədən 40-50 ton yaşıl çay yarpağı yığılardı. Bu torpağın vergisini də biz veririk.” Onun sözlərinə görə, kənd sakinlərinin yeganə qazanc yeri onlara verilən pay torpaqlardır: “Kənd Xəzər dənizin sahilində yerləşir.Həmişə balıqçılıqla məşğul olmuşuq. İndi dənizə buraxmırlar.Mənim həyat yoldaşım orada gedib yaşıl çay yarpağı toplayıb.Onu aladadıb. Hər dəfə çay kollarını kəsib yandırır. Onun əvəzinə yonca əkir. Az bir hissədə çay kolu qalıb. Rayonda bütün səlahiyyətli orqanlara şikayət etmişik.Bu adam əməlindən əl çəkmir...” Kəndin digər sakini Həmzə İsmayılov da deyir ki, həmin torpaqlar onların qazanc mənbəyidir: “Mənim 30 sot torpağımı ələ keçirdib.Çay sahəsi idi.O çay sahəsi indi yoxdur.Tamamilə məhv edib.Vaxtı ilə həmin sahədən yaşıl çay yarpağı yığmışıq, pul qazanmışıq. Həmin sahədə suvarma sistemi var idi. Ailədə işləyən yoxdur.Mən və həyat yoldaşım pensiya alırıq. Ümidimiz torpağadır.” Qarabağ ugurunda döyüşlərdə oğlunu itirən Sürrayə Zəkiyevanın dediklərinə görə isə, kasıbçılıq onları üzür: “Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir” “Özüm 12 baş ailəym. Kasıb ailəyik. Tariel Əsədov torpağımı zəbt edib. Elə bil dərəbəylikdir.Çay bağını sürüb taxıl əkərlər? Çay sahələrini genişləndirirlər, bu adam isə çay bağlarını məhv edir.Mən sovet dövründə briqadir işləmişəm. Mən bilirəm çay nədir.Belə iş olar? Bu qədər qanunsuzluq olar? Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir.Tədbir görülməsə kəndin qadınlarını götürüb Bakıya gedəcəyəm...” Geri dön |