Ana Sayfa > Region > Xankəndidən olan erməni bloqqer uduzduqlarını etiraf etdi: - "Ölkəni xilas etmək lazımdır"

Xankəndidən olan erməni bloqqer uduzduqlarını etiraf etdi: - "Ölkəni xilas etmək lazımdır"


2-11-2020, 09:42. Yazar: admin

Xankəndidən olan erməni bloqqer uduzduqlarını etiraf etdi: - "Ölkəni xilas etmək lazımdır"
Ermənistanın Azərbaycana qarşı təxribatlarına cavab olaraq ordumuzun başlatdığı əks-həmlə əməliyyatının uğurlu gedişi, ərazilərimizin bir-birinin ardınca işğaldan azad olunması düşmən ölkənin daxilində təşviş yaradıb. Paşinyan hakimiyyət əhalinin narazılığının qarşısını almaq üçün cəbhədəki məğlubiyyəti "taktiki geriçəkilmə" kimi qələmə versə də, müharibəni uduzduğu açıq-aşkardır.

Artıq həm siyasətçilər, həm tanınmış ictimai fəallar, həm də media nümayəndələri bununla bağlı çıxışlar edir, xüsusilə də sosial şəbəkələrdə yazırlar. Paşinyan hakimiyyətini xalqa yalan danışmaqda, məğlubiyyəti etiraf etməməkdə və gəncləri ölmək üçün Qarabağa göndərməkdə ittiham edən narazıların sırasına bloqqer Gevorq Arakelian da qoşulub.

Cebhe.info xəbər verir ki, Xankəndidən olan bloqqer "İmitasiya, yalançı vətənpərvərlik mahnıları oxumaq yetər. Bizə qarşı özünü karlığıa vuran hansısa ölkələrdən siyasi həll gözləmək də kifayətdir. Siyasi həll hərbi əməliyyatların nəticələrinə uyğun qəbul ediləcək",- deyə yazıb.

Həmçinin bildirirb ki, ölkəni xilas etmək lazmdır. "Sözün həqiqi mənasında xilas etmək. İndi, bu dəqiqə. Sözün həqiqi mənasında xilas etmək", -deyə o, öz pylaşımında vəziyyətin Ermənistan və ermənilər üçün ümidsiz olduğunu təsvir edib.
Geri dön