Ana Sayfa > Region > Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır


20-10-2020, 11:32. Yazar: admin
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.
Geri dön