Ana Sayfa > Region > Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistanın mülki əhaliyə hücumları ilə bağlı brifinq keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistanın mülki əhaliyə hücumları ilə bağlı brifinq keçirilib


12-10-2020, 12:57. Yazar: admin
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistanın mülki əhaliyə hücumları ilə bağlı brifinq keçirilib
Azərbaycanın Gürcüstandakı səfirliyində Dağlıq Qarabağda vəziyyət, eləcə də Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi terror aktları ilə bağlı brifinq keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, brifinqdə səfirliyin əməkdaşları bildiriblər ki, Ermənistan silahlı qüvvələri qəsdən Azərbaycanda mülki əhalini atəşə tutaraq Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü zamanı əldə edilən humanitar atəşkəslə bağlı razılaşmanı kobud şəkildə pozur.

Səfirliyin müşaviri Eldar Bayramov deyib ki, humanitar atəşkəslə bağlı razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri işğaldan azad edilmiş Hadrut və Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd edib, bundan başqa, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə mülki yaşayış binasına raket zərbəsi endirilib və nəticədə 9 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb.

Brifinqdə qeyd olunub ki, humanitar atəşkəsin əldə edildiyi bir vaxtda Çikaqo Konvensiyasına zidd olaraq mülki təyyarələrlə Ermənistana silah-sursat daşınır.
Geri dön