Ana Sayfa > Region > Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb29-08-2020, 10:46. Yazar: admin |
Gəncədə müəllimin mənzilində qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb. APA-nın məlumatına görə, E. Qurbanov küçəsində yaşayan Dəmirov Yusif Fərhad oğlunun mənzilində öldürülməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin "Azərbaycan tarixi" müəllimi idi. Geri dön |