Ana Sayfa > Region > Bərdədə 21 yaşlı gənci elektrik cərəyanı vurdu, başından xəsarət alıb öldü

Bərdədə 21 yaşlı gənci elektrik cərəyanı vurdu, başından xəsarət alıb öldü


27-08-2020, 12:55. Yazar: admin

Bərdədə 21 yaşlı gənci elektrik cərəyanı vurdu, başından xəsarət alıb öldü
Avqustun 26-da, saat 15:00 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bərdə Rayon Prokurorluğu xəbər yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Geri dön