Ana Sayfa > Region > Beyləqanın pambıqçılıq ənənələri uğurla davam etdirilir
Beyləqanın pambıqçılıq ənənələri uğurla davam etdirilir23-08-2020, 15:55. Yazar: admin |
Azərbaycan Respublikasında “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” rayonda pambıqçılığın inkişafına ciddi stimul yaratmışdır. 2020-ci ilin təsərrüfat ilində Beyləqan rayonu üzrə 8743,7 hektar sahədə pambıq əkilmişdir. Həmin torpaqların 2550 hektarı dövlət fondu, 830 hektarı bələdiyyə fondu, 5363,7 hektarı isə xüsusi mülkiyyətə aid əkin təyinatlı torpaqlardır. Təqdirəlayiq haldır ki, pambıq əkilmiş torpaqların hamısı suvarılan münbit torpaqlardır. Hazırda pambıq sahələrində boytənzimləyici dərman peraparatlarından istifadə olunur, zərərvericilərə qarşı mübarizə aparılır. Bu il suvarma suyunda yaranmış çətinliklərə baxmayaraq fermerlər daha yaxşı işləmiş, üçüncü suvarılma suyunun verilməsinə başlanılmışdır. Əkilmiş pambıq sahələrində aqrotexniki qaydalara düzgün riayət olunmuşdur. Bu səbəbdən fermerlər tərəfindən ötən ilə nisbətən daha çox məhsul əldə edilməsi gözlənilir. Geri dön |