Ana Sayfa > Region > 60 yaşlı müəllim 15 yaşlı qızı hamilə qoyub: - Lerik Məhkəməsinin qərarı narazılıq yaratdı
60 yaşlı müəllim 15 yaşlı qızı hamilə qoyub: - Lerik Məhkəməsinin qərarı narazılıq yaratdı12-08-2020, 08:46. Yazar: admin |
60 yaşlı müəllim 15 yaşlı qızı hamilə qoyub: 15 yaşlı, müəyyən əqli problemləri olan qız 60 yaşlı müəllim Məmmədov Şəfahət tərəfindən münasibətə məcbur edilib və hamilə qalıb. Cebhe.info xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən bildirilib. Təşkilatın sığınacağından verilən məlumata görə, bu gün Lerik rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən çıxarılan qərarla müəllim cəmi 1 il azadlıqdan məhrum edilib: “Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir.Sual veririk, bu, nə qərardır, bu, nə ədalətsizlikdir? Bəs bu uşağın gələcəyi necə olacaq? O, özü heç nəyi anlamır, bəs bizdəmi başa düşmürük, ya bizim qız övladlarımız yoxdurmu?! Sonu nə olur -olsun bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağlı bütün qurumları tək tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!” Qeyd edək ki, xəbər yayılandan dərhal sonra aidiyyəti qurumlar məsələni nəzarətə götürüb. Geri dön |