Ana Sayfa > Region > Oxu.Az ön cəbhədə: Düşmən Dondar Quşçuya yenə mərmi atdı, amma...

Oxu.Az ön cəbhədə: Düşmən Dondar Quşçuya yenə mərmi atdı, amma...


18-07-2020, 13:10. Yazar: admin

Oxu.Az ön cəbhədə: Düşmən Dondar Quşçuya yenə mərmi atdı, amma...
Ermənistan silahlı bölmələrinin Tovuzun Dondar Quşçu kəndinin ərazisinə atdığı mərmilərdən biri partlamayıb.

Bu barədə Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşları xəbər verir.

Belə ki, atılan mərmilərdən biri Dilman Səfərov və İsa Hüseynova məxsus olan evlərin arasına düşüb.

Mərminin zərbəsi tikilini dağıdıb, amma partlamayıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi əraziyə baxış keçirib və partlamamış mərmini zərərsizləşdirib.


Geri dön