Ana Sayfa > Region / İdman > Şamaxıda yeni stadion tikilir - FOTO

Şamaxıda yeni stadion tikilir - FOTO


9-07-2020, 22:37. Yazar: admin
Şamaxıda yeni stadion tikilir - FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb.

AFFA-dan Publika.az-a verilən məlumata görə, 2 200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

Şamaxıda yeni stadion tikilir - FOTO

Geri dön