Ana Sayfa > Region > Mingəçevirli aprel şəhidlərinin ailələri: “Mehriban Əliyevaya minnətdarıq” - VİDEO
Mingəçevirli aprel şəhidlərinin ailələri: “Mehriban Əliyevaya minnətdarıq” - VİDEO9-07-2020, 20:17. Yazar: admin |
“Mingəçevirli aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”. Bu sözləri APA TV-nin yerli bürosuna açıqlamasında 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova deyib. Onun sözlərinə görə, hazırda yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilib. Gülnarə Qasımova bildirib ki, üç övladından ikisinin aprel döyüşlərində iştirak etməsi ilə qürur duyur: “Teymurun qismətinə şəhidlik yazılıbmış. Teymur apreldə doğulmuşdu, apreldə də şəhid oldu”. Şəhid çavuş Adil Adilzadənin atası Kamran Abdullayev və anası Gülnarə Abdullayeva da göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Abdullayevlər ailəsi hazırda Mingəçevirdə kirayədə yaşayır. Çünki Günəşli yaşayış massivindəki 14 saylı küçə yeganə oğul övladları Adil Adilzadənin adını daşısa da, şəhidin böyüdüyü ev istifadəyə tam yararsız vəziyyətdədir. Yaxın vaxtlarda hər iki şəhid ailəsi üçün yeni evlərin tikintisinə başlanılacaq. Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun və çavuş Adil Adilzadənin doğmaları mənzil şəraitlərinin yararsız və qəzalı vəziyyətdə olması səbəbindən Birinci vitse-prezident Mehriban Əliyevaya kömək göstərilməsi üçün müraciət edib. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi xətti ilə çatdırılan bu müraciət Mehriban Əliyeva tərəfindən həssaslıqla qarşılanıb və hər iki ailəyə yeni ev inşa olunmasına qərar verilib. Geri dön |