Ana Sayfa > Region > İşçilər müdirin işdən çıxmasına görə etiraza qalxdı? - AÇIQLAMA
İşçilər müdirin işdən çıxmasına görə etiraza qalxdı? - AÇIQLAMA1-07-2020, 11:34. Yazar: admin |
Ağsu Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Mirhicab Əşrəfovun işdən azad edilməsinə görə işçilərin etiraz etməsi barədə deyilənlər yalan məlumatdır. Bunu Axar.az-a Ağsu İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev deyib. O bildirib ki, M.Əşrəfov öz ərizəsi ilə işdən azad edilib: "Mirhicab bəy səhhəti ilə əlaqədar ərizə yazıb işdən çıxdı. İşçilərin buna etiraz etməsi yalan məlumatdır. Sadəcə bəzi söhbətlər aparılıb və hazırda hər şey qaydasındadır". Qeyd edək ki, mətbuatda Ağsu Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Mirhicab Əşrəfovun işdən azad edilməsinə görə işçilərin etiraz etməsi barədə məlumatlar yayılıb. Geri dön |