Ana Sayfa > Region > İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu

İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu


22-06-2020, 10:04. Yazar: admin
İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.е

Bildirilib ki, Ermənistanın Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Geri dön