Ana Sayfa > Region > “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib

“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib


10-06-2020, 12:42. Yazar: admin
“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib

“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 95 nömrəli Qərarında bildirilib.

Qərara əsasən, pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ var.

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

Sertifikat almış şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.
Geri dön