Ana Sayfa > Region > Qobustanda 7 əməkdaş koronaya yoluxdu, şöbə bağlandı
Qobustanda 7 əməkdaş koronaya yoluxdu, şöbə bağlandı8-06-2020, 18:22. Yazar: admin |
İyun ayının 8-i DSMF-in Qobustan şöbəsinin müdiri İrşad Həsənov da daxil olmaqla, 7 nəfər əməkdaşda koronavirus (COVİD-19) test nəticələri pozitiv çıxıb. Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. O bildirib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir, digər əməkdaşlar isə evdə müalicə alır: "Bu gün Şöbədə infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra şöbə fəaliyyətinə əvvəlki qaydada davam edəcək". Geri dön |