Ana Sayfa > Region > Ağcabədidə məktəb binasının tikintisinə 2 milyon manat ayrıldı

Ağcabədidə məktəb binasının tikintisinə 2 milyon manat ayrıldı


4-06-2020, 15:03. Yazar: admin

Ağcabədidə məktəb binasının tikintisinə 2 milyon manat ayrıldı
Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Geri dön