Ana Sayfa > Region > Tərtər rayonunda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Tərtər rayonunda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM


3-06-2020, 16:35. Yazar: admin
Tərtər rayonunda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
Geri dön