Ana Sayfa > Region > Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib25-05-2020, 17:22. Yazar: admin |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçasının mayın 25-də açılışı olub. APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq. Dövlət başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib. Kənd yerlərində belə bağçaların inşası ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır. Geri dön |