Ana Sayfa > Region > Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var


24-05-2020, 16:45. Yazar: admin

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə 13 nəfərin xəsarət alması xəbəri ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 13 nəfər xəsarət alıb:

“Üç nəfər böyük, 10 nəfəri uşaqdır. Hazırda dörd uşaq xəstəxanadadır. İkisinin vəziyyəti ağırdır. Kəllə-beyin travması keçirib. Digər ikisinin vəziyyəti isə orta ağırdır”.

O qeyd edib ki, digər uşaqlara böyüklərlə birlikdə ambulator yardım göstərilərək evə buraxılıb.
Geri dön