Ana Sayfa > Region / Manşet > Keçmiş məmur Sabirabadın icra başçısına verdiyi rüşvətin miqdarını açıqladı - ŞOK
Keçmiş məmur Sabirabadın icra başçısına verdiyi rüşvətin miqdarını açıqladı - ŞOK10-08-2017, 11:32. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Surəti: Respublikanın birinci vitce –prezidenti Mehriban xanım Əliyevaya Surəti: Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin rəisi cənab Kamran Əliyevə Surəti: Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova Surəti : Təhsil Naziri cənab Mikayil Cəbbarova Sabirabad rayon sakini , birinci dərəcəli Dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov tərəfindən ƏRİZƏ Yazıb Sizə bildirirəm ki, mən 2010-2016 - cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişəm . 2012- ci ildən Rayon rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla Sizə məlumat verirəm . Xatirladım ki, 4000 ( dörd ) min manatdan aşağı olan işləri yazmıram . 1. Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H. Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi - 28000 manat ( sübut , orada işləyən fəhlələr) 2. Heydər Əliyev Mərkəzinin tikintisi zamanı gördüyüm işlər- 16000 manat ( sübut, Mərkəzin tikintisi zamanı işləyən fəhlələr ) 3. H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı Uşaq bağçasının və S. Vurğun adına şəhər 3 saylı məktəbin ön hasarlarının tikintisi üçün - 22000 manat 4. 20 Yanvar küçəsinin asfalt örtüyünün yendən qurulması - 18000 manat 5. H. Əiyev prospekti 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi - 6000 manat 6. Rayon İcra Hakimiyyətinin başçısı üçün avtomobilin alınması - 5200 manat 7. Rayon Mədəniyyət Evinə kondinsionerlərin alınması - 4400 manat 8. Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi - 12500 manat 9. Kürkənd kəndi ərazisində hasarların çəkilməsi - 11500 manat 10. Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi – 13000 manat 11. “ ASAN XİDMƏT” mərkəzinin tikintisi zamanı - 7500 manat 12. Heydər Həmidov küçəsində fərdi yaşayış evlərinin hasarlarının dəyişdirilməsi – 4400 manat 13. H. Əliyev adına Parkda Fontanın yendən qurulması - 5000 manat 14. Dörd il müddətində Novruz bayramı , istər Yeni il şənliklərinin H. Əliyev parkında keçirilməsi zamanı ən azı- 4000 manat 15. Sabirabad rayonunun 80 illik yubileyi ilə keçirilən tədbirə - 8000 manat Bildirirəm ki, bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordunun Zabiti olan oğlumun Bakı şəhərində evini , maşınını , özümün evimi və maşınımı satmışam . Sizə bildirirəm ki , Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib . Lakin 18 aydır ki , mən işsizəm . Hal – hazırda kirayədə yaşayıram . Dəfələrlə müraciət etməyimə baxmayaraq , hər hansı bir işlə təmin olunmuram . Aclıq və səfalət içərisində yaşayıram . Yazıb Sizdən xahiş edirəm ki, mənim görülən işlərə xərclənən pullarımın geri qaytarılmasında mənə köməklik edəsiniz \. Vertikal.Az olaraq bütün tərəflərin fikirlərini yaymağa hazırıq... Geri dön |