Ana Sayfa > Region / Manşet > Ferma sahibi 56, tutulan isə 26 qoyun oğurladığını deyir

Ferma sahibi 56, tutulan isə 26 qoyun oğurladığını deyir


10-03-2016, 11:25. Yazar: admin
Ferma sahibi 56, tutulan isə 26 qoyun oğurladığını deyir
Tovuz rayonunda 56 baş xırda buyunuzlu heyvan oğurlanıb. Rayonun polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qovlar şəhər sakini Tahir Məmmədəliyev polis idarəsinə gələrək ona məxsus fermadan qoyunların oğurlandığı barədə məlumat verib. Rayon polis idarəsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Səddam Mustafa oğlu Şadıyev saxlanılıb. Dindirilmə zamanı hadisəni törətdiyi etiraf edən S. Şadıyev 56 baş deyil, 26 baş qoyun oğurladığını, onlardan bəzilərini satdığını bildirib.

Faktla bağlı Tovuz Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər hadisə fevral ayının 3-də Bərdə rayonunun Hajalı kəndində da qeydə alınıb. Musayev Famil Əliş oğluna məxsus 96 baş qoyun oğurlanıb. Qoyunların ümumi qiyməti 15 000 AZN təşkil edir.

Hadisədən 3 gün Bərdə polisi oğurlanan qoyunların bir qismini aşkarlayıb. Qoyunlar oğurlandıqları tövlədən təqribən 5 km uzaqda, Ağcabədinin Qaravəlli kəndi ərazisindəki əkin sahəsində tapılıb.

Geri dön