Ana Sayfa > Region / Manşet > Ağdamda Bayraq Meydanı korrupsiyası - Rəqəmlər
Ağdamda Bayraq Meydanı korrupsiyası - Rəqəmlər29-02-2016, 11:40. Yazar: admin |
Ağdamın icra başçısı balaca Quzanlı qəsəbəsinə böyük pullar qoymaqla, imkanlarını genişləndirir Ağdamın icra başçısı Raqub Məmmədovun indiyə qədər gördüyü işlərin hamısını bir araya gətirsələr, toplamda bir neçə milyon manatı aşmaz. Amma kağız üzərində qeyd olunan rəqəmlərə diqqət yetirdikdə adamın tükləri biz-biz olur. Ağdamın Quzanlı qəsəbəsi elə də böyük deyil. Amma Raqub Məmmədov onu «əjdaha»ya çevirib. İki il ərzində heç bir şəkildə bu qəsəbənin işlərini görüb, qurtara bilmir. Üstəlik, büdcə pullarının da anasını ağlatmaqla məşğuldur. Vertikal.az TİA.AZ-a istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində Heydər Əliyev prospektində abadlıq işləri üçün ayrılmış 200000 manat vəsait icra başçısını görmədiyi üçün, bir müddət sonra daha 48320 manat ayrılması barədə təlimat verib. Amma bu da yekun olmayıb. Çünki Raqub Məmmədov prospektin İmamaqulubəyli kəndi ərazisindən keçən hissəsində də abadlıq işləri həyata keçirmək istəyib və daha 49339 manat pul xərclədiyini sənədləşdirib. Sayt yazır ki, Quzanlı qəsəbəsində «Daş evlər» adlanan ərazi var. Raqub Məmmədov bir xeyli düşünüb, daşındıqdan sonra orada məskunlaşmış qaçqınların yaşayış evlərini təmir etmək qərarına gəlib. 115000 manat pul ayrılmasına nail olan icra başçısı onun heç yarasını xərcləmədən işləri yekunlaşdırıb. Analoji işlər Əhmədağalı kəndində də qeydə alınıb. Məlum olub ki, bu kənddə abidənin təmir işləri üçün 49331 manat ayrılıb. Lakin bu pulun çox cüzi bir hissəsi kosmetik işlərə sərf olunub. Raqub Məmmədovun qazana biləcək əsas sahələrdən biri də kəndlərarası yolların təmir edilməsidir. Büdcədən ayrılmış 239217 manatın həmin işlərə sərf olunduğu sənədlərdə qeyd olunsa da, aşağı keyfiyyətli işlər bir yağışdan sonra özünü göstərməyə başlayıb. Sayt qeyd edir ki, icra başçısı təmir və abadlıq işləri adı altında da qaz vurub, qazan doldurub. Məsələn, Quzanlı qəsəbəsində abadlıq və işıqlandırma işləri üçün 7200 manat xərcləyən Məmmədov, cari təmir işləri üçün 200 min manat ayrırtdıraraq, bununla daha geniş imkanlar yaradıb özünə. Həmçinin Quzanlı qəsəbəsində Bayraq Meydanının ətrafının yaşıllaşdırılması və suvarma sistemlərinin quraşdırılması işlərindən də korrupsiya iyi gəlir. Çünki bu işlərə 49820 manat pul ayrılması kifayət qədər müəmmalıdır. Hər halda bu qədər vəsaitə xeyli iş görmək mümkündür. Geri dön |