Ana Sayfa > Region / Manşet > Sevindik Hətəmov daha yüksək vəzifə istəyir…

Sevindik Hətəmov daha yüksək vəzifə istəyir…


12-01-2016, 10:02. Yazar: admin
Sevindik Hətəmov daha yüksək vəzifə istəyir…
Yardımlı rayon İcra Hakimiyyətini başçısı, adı “MTN işi”ndə hallandırılan və məhz bu səbəbdən vəzifəsini itimək təhlükəsi ilə üzləşən Sevindik Hətəmov özünü sığortalamaq üçün daha böyük vəzifə axtarışına çıxıb.
Bizimxeber-az-a daxil olan məlumata görə, adı istintaq materiallarında olan və daha əvvəllər Ziya Məmmədovun kadrı kimi tanansa da Eldar Mahmudovla yaxınlaşmağa meyl edən, hətta bunun üçün Bakıdakı bahalı obyektini də qurban verən Sevindik Hətəmov keçmiş MTN şefi ilə yaxınlaşmadan gözlənilən effekti ala bilməyəndə planın ikinci hisəsini icrasına başlayıb.
Redaksiyaya Yardımlıdan daxil olan məlumata görə, daş karxanasından Prezident Administrasiyasina, ordan da icra başçısı postuna təyin olunan Sevindik Hətəmov indi də daha yüksək vəzifə arzusuna düşüb.
Bu günlərdə yüksək çinli məmurlardan biri ilə görüşə hazırlaşan Sevindik Hətəmov Yardımli ilə vidaşalmaq istəyir. Ancaq icra başçısının Yardımlını tərk etmək istəməsi sadəcə yeni, daha böyük vəzifə arzusu ilə bağlı deyil. Bu, həm də “MTN işi” ilə əlaqədar diqqətdən yaynmaq və təhlükəni özündən kənarlaşdırmaq cəhdidir.
“MTN işi” məsələsindən Yardımlının icra başçısı kimi adı keçən Sevindik Hətəmov məsuliyyətdən kənarda qalmaq ucun belə bir addim atmaq niyyətindədir. Ancaq hələlik arzusunu həyata keçirmək o qədər də asan görünmür. Administrasiyaya qayıtmaq niyyətində olan icra başçısına belə bir keçidin mümkünsüz olduğunu bildiriblər. Əli hər yerdən üzülən icra başçısı nazirliklərin birində vəzifə almaq istəyir.
Qeyd etdiyimzi kimi, əsas məqsəd Yardımlıdan və “MTN işi” ilə bağlı hədəfdən yayınmaqdır. Buna nə qədər nail olacağının isə yaxın zamabda şahidi olacağıq.
İlkin

Geri dön