Ana Sayfa > Region / Manşet > Goranboyun icra başçısından kəlbəcərlilərə yeni il “hədiyyə”si - FOTOLAR
Goranboyun icra başçısından kəlbəcərlilərə yeni il “hədiyyə”si - FOTOLAR8-01-2016, 09:42. Yazar: admin |
Goranboyun dağ kəndlərində yollar buz bağlayıb. Bunlardan biri də Yuxarı Ballı Qaya kəndidir. Şəkillərdə gördüyünüz kəndin içindəki düz yoldur. Hazırda yenişə düşmək və ya qalxmaq mümkün deyil. Qarlı vaxtlarda kəndə yalnız NİVA və UAZ markalı maşınlar qalxa bilir. Onda da bəzən maşınlar sürüşüb yolun altına düşür. İndi isə yol buz bağladığından heç bir maşın bu yolu nə düşə, nə də qalxa bilər. Təsəvvür edin ki, bir nəfər xəstələnsə onu rayon mərkəzinə aparmaq olmayacaq. Kənddə tikilən tibb məntəqəsində də həkim əvəzinə ailə yaşayır. Kənddə ərzaq da qurtara bilər, başqa problemlər də ola bilər, başqa yerlərə getmək istəyən və ya kəndə gəlmək istəyən adamlar da ola bilər. Ona görə də rayon rəhbərliyindən xahiş edirik ki, müvafiq qurumlara tapşırıq versinlər ki, yuxarı dağ kəndlərinin yollarına qum və ya duz töksünlər, nəqliyyatın hərəkəti üçün yolları açsınlar. Bu giley-güzar Goranboy səhifəsindən götürülüb və goranboylular, eyni zamanda rayonda məskunlaşan kəlbəcərli məcburi köçkünlər səhifədə məmurlara çağırışın nəticəsiz qaldığını görərək Moderator.az - a müraciət ediblər. Goranboylular saytımıza bildiriblər ki, o yolları 58 saylı yol istismar idarəsi təmizləməlidir, amma kəlbəcərlilərin Allahın ümidinə qalması idarənin müdiri Məzahir müəllimin vecinə də deyil: "Buzluq kəndinin yolunu dünən təmizləyiblər, amma Yuxarı Ballıqaya yiyəsiz qalıb. Yuxarı Ballı Qaya kəndinə çoxlu qar yağması səbəbindən yollar buz bağlayıb. Ona görə də bir həftədi camaat kənddən çıxa bilmir. Bundan sonra qar yağası olmasa 3 həftə də yollar belə buzlu qalacaq. Kənddən aşağı düşən "Niva"lar yoldan sürüşüb çıxırlar. Bir sözlə, gedib - gəlmək olmur, kim o yolu düşürsə risk edir, bir dənə texnika göndərib yolu buzdan təmizləmirlər. İdarə Xocalı rayonuna məxsus olsa da ərazi üzrə həmin yolun istismarını həmin idarə həyata keçirir, daha doğrusu, keçirməyə borcludur. Rayonun icra başçısı da heç vecinə almır camaatı. Deyir kəlbəcərlidilər də, qoy donsunlar dağda..." Geri dön |