Ana Sayfa > Region / Manşet > Ağsuda icra başçısı və maliyyə idarəsinin müdirinin maliyyə fırıldaqları
Ağsuda icra başçısı və maliyyə idarəsinin müdirinin maliyyə fırıldaqları25-12-2015, 09:10. Yazar: admin |
Son dövrlər ölkədə maliyyə çatışmamazlığının yaranması, dövlətin bütün strukturlarını hərəkətə keçməyə vadar etdiyi vaxtda regionlarda baş verənlər bunu deməyə əsas verir ki, ya hazırkı hökumət ölkə əhalisini sadəcə dolayıb, ya da ki, idarəetmədəki qabiliyyətləri bura qədər çatır. Dövlət başçısı dəfələrlə televiziya ekranlarından səslənərək keçirdiyi bütün tədbirlərdə bildirib ki, xalqın birinci xidmətçisi mənəm. Prezident yerli məmurlara qəti göstəriş verdi ki, qarşıdan gələn 2016-cı il xalqımız üçün daha çətin olacaq. Dövlət başçısı dünyada neftin qiymətinin düşdüyünü və bu tendensiyanın ölkəmiz üçün yaxşı gələcək vəd etmədiyinin fərqində olduğunu qeyd etməklə yanaşı, mərkəzi icra hakimiyyətləri orqanlarının başçılarına da demək istəyir ki, mövcud reallığı dərk edin və artıq, izafi xərclərə yol verməyin. Loru dildə izah etsək prezident demək istəyir ki, bu vaxta kimi sümürüb yemisiniz, heç olmasa təhlükə sovuşana kimi fasilə verin. Ancaq gözlə görünən budur ki, dövlət başçısının ətrafında cəmləşmiş məmur ordusu onun çıxışlarına sadəcə nağıl danışır tək qulaq asmaqla kifayətlənirlər. Yəni dövlət başçısının dedikləri qalır kənarda, onlar öz işlərindədirlər. İqtisadiyyatının olmadığı, neftin dünya bazarında qiymətinin aşağı düşməsinə cəmisi üç ay tab gətirə bilməyən ölkənin Ağsu rayonunda baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar vaxtı ilə qonşu İsmayıllı rayonunda baş verənləri xatırladır. Qardaşı əhalinin sosial müdafiəsi naziri olan Nizami Ələkbərov rayonu yerli camaatdan olan ətrafındakı əlaltıları ilə çapıb talayaraq, axırda insanları iğtişaşlara sövq etdi. Nəticə necə oldu? Nazir və icra başçısı olan qardaşı, bütünlüklə vəzifələrdə olan törəmələri ilə birlikdə cəhənnəmə vasil edildilər. Elə bil adıçəkilən nazirlikdə Ələkbərovların yoluxdurduğu virus hələ də qalmaqdadır. Hazırki nazir Səlim Müslümov eyni ilə sabiq Füzuli Ələkbərovun yolunu gedir. Bu işdə yalnızca fərq bundan ibarətdir ki, nazir insanlarla qismən normal davransa da, onun doğmaca dayısı Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev rayonu açıq bazara çevirib. Ağsu rayonunda normal məmur vətəndaş münasibətləri mövcud deyil. Ağsuda bütün postlar icra başçısı və kəndçiləri olan Pirhəsənlilərin ya əlindədir, ya da nəzarətində. Ağsu rayonunu Ənvər Seyidəliyev reket qaydaları ilə idarə edir. Əhali artıq bu cür vəziyyətə qatlaşa bilmir. Çünki rayonda ölkə qanunlarından ayrı, Ənvər Seyidəliyevin tətbiq etdiyi əndrəbadi qanunlar hökm sürür. Rayonda polis və prokurorluq öz kefindədirlər. Bu sahələr rüşvət və korrupsiyanın içərisində xirtdəyinə kimi bataraq üzməkdədirlər. Çünki Ənvər Seyidəliyev onlara görüm-baxım etmir və onları özbaşına buraxıb ki, özünüz dolanın. Məlumatlı mənbənin cumhuriyyət. az üçün qeyd edir ki, Ənvər Seyidəliyev rayonun sosial-iqtisadi inkişafı üçün ayrılmış maliyyə vəsitlərini rayon maliyyə şöbəsinin müdiri Vaqif Hüseynovla birlikdə mənimsəyirlər. Rayonda abadlıq adı ilə tikinti aparılan küçə və meydanlara ən keyfiyyətli material adına qiymətindən dəfələrlə baha olan keyfiyyətsiz materiallar tətbiq olunur ki, işlər qurtarmamış həmin ərazilər yenidən dağılaraq xarabalığa bənzəyir. Maliyyə şöbəsinin müdiri olan Vaqif Hüseynov barəsində cumhuriyyət. az-a daxil olan informasiyaya görə o, bundan öncə Nizami Ələkbərovun dövründə İsmayıllı rayon maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb və uzun illər rayonun maliyyə sektorunu söküb Ələkbərovlara və sairlərə yedirdib. İsmayıllı hadisələrindən sonra onu mənimsəmə əməliyyatlarında mahir olduğu üçün Ağsu rayonuna dəyişdilər. Ağsu rayonundakı mənbə qeyd edir ki, rayonda bütün idarə və müəssisələr üçün ayrılan maliyyə vəsaitlərinə görə maliyyə idarəsinin müdiri müəyyən faizlər tələb edərək alır. Rayondakı uşaq bağçalarından, təmir-tikinti işlərindən böyük məbləğlərdə faiz tələb olunur. Rayonda fəaliyyət göstərən Mmc-lər maliyyə idarəsinin və icra başçısının yaxın qohumlarının adınadır. Rayonda keçirilən bütün tenderləri bu MMC-lərin udduğu qeyd edilənlər sırasındadır. Maliyyə idarəsinin müdirinin rayon təhsil şöbəsi və xəstəxana ilə də ortaq olan qaranlıq işləri var deyə mənbəmiz qeyd edir. Rayonda büdcədən maliyyələşən təşkilatlardan aylıq haqq yığılır. Cumhuriyyət. az olaraq Ağsu rayonu haqqında parlament seçkiləri ərəfəsində sabiq namizədlərin videosunu və narazı köçkünün narazılığını əks elətdirən video müraciəti hazırkı yazıya əlavə edirik. Ağsu rayonu ilə bağlı araşdırmalarımız davam edəcək. Yazıda adları çəkilən digər şəxsləri də dinləyib fikirlərini dərc etməyə hazırıq. Geri dön |