Ana Sayfa > Dünya > "Mercedes" Rusiyadakı zavodunu satışa çıxarıb

"Mercedes" Rusiyadakı zavodunu satışa çıxarıb


26-08-2022, 17:24. Yazar: admin


"Mercedes-Benz" Rusiya bazarından çıxmaq qərarına gəlib. Şirkət Rusiyadakı zavodunu satışa çıxarıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb. Məlumata görə, "Mercedes" Moskva yaxınlığındakı Esipovoda yerləşən "Mercedes-Benz Manufacturing Rus" zavodundakı payını satışa çıxarıb.

Belə ki, sözügedən zavodun səhmlərinin 80%-i "Mercedes-Benz AG"yə, 20%-i isə "Daimler KamAZ Rus" şirkətinə məxsusdur.

Bildirilib ki, "Mercedes-Benz"in zavoddakı payı Rusiya şirkətinə satılacaq.
Geri dön