Ana Sayfa > Partiya > Həbs edilən YAP səlahiyyətlisi haqda partiyadan - Açıqlama

Həbs edilən YAP səlahiyyətlisi haqda partiyadan - Açıqlama


18-11-2015, 11:10. Yazar: admin
Həbs edilən YAP səlahiyyətlisi haqda partiyadan - Açıqlama
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədovun həbsinə münasibət bildirib.

S. Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər bir jurnalist onun həbs edilməsi barədə nələrsə yazır: “Ancaq ortada aidiyyatı rəsmi qurumların məhkəmə qərarı olmayana qədər biz heç bir söz deyə bilmərik. Hazırda araşdırmalar aparılır. 3 ay müddətinə həbs qəti imkan tədbirinin seçilməsi o demək deyil ki, artıq o məhkumdur. Məhkəmə qərarı olmadan hansısa fikir söyləmək olmaz”.

Qeyd edək ki, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Geri dön