Ana Sayfa > Partiya > KXCP Ali Məclisinin növbəti sessiyası keçirilib
KXCP Ali Məclisinin növbəti sessiyası keçirilib16-11-2015, 10:59. Yazar: admin |
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyada partiyanın əsasnamələri, reqlamentləri və 2016-cı il üçün Fəaliyyət istiqamətləri qəbul edilib, 01 noyabrda keçirilmiş AR Milli Məclisinə seşkilərlə bağlı partiyanın rəyi qəbul edilib, ictimai-siyasi vəziyyət və Güney Azərbaycanda baş vermiş hadisələr müzakirə edilib. Sessiyada KXCP-nin özək təşkilatları, rayon (şəhər) şöbələri, Zona Əlaqələndirmə Komitəsi, Naxçıvan Muxtar Respublikası şöbəsi, Sədr aparatı, Mərkəzi Nəzarət Təftiş Komissiyası haqqında Əsasnamələr, İdarə Heyəti və Ali Məclisin Reqlamentləri qəbul edilmişdir. KXCP-nin 2016-cı il Fəaliyyət istiqamətləri müzakirə edilmiş verilmiş təklif və dəyişikliklər nəzərə alınmaqla qəbul edilib. Daha sonra KXCP Mərkəzi Seçki Qərargahınn sədri Bəybala Əbilin sessiya iştirakçılarının nəzərinə çatdırdığı 01 noyabrda keçirilmiş AR Milli Məclisinə seşkilərlə bağlı partiyanın rəy layihəsi müzakirə edilərək qəbul edilib. Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə edib. O çıxışında AR Milli Məclisinə seçkilərlə bağlı partiyanın ali orqanlarının qərarlarını xatırladaraq rayon (şəhər) şöbələrinin fəaliyyətini təhlil edib və qimətləndirib. Güney Azərbaycanda baş verən son olayları dəyərləndirib. M.Mirəlioğlu həmçinin ölkədə pisləşən ağır sosial- iqtisadi vəziyyət, Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən hadisələri qiymətləndirib. Ali Məclisi sessiyasının gündəliyindəki məsələlərlə bağlı Telman Ələkbərsoy, Xəzər Teyyublu, Əlisa Həsənov, Elşən Hışimov, Tamara Eyvazova, Vəkil Atakişiyev, Oqtay Güləliyev, Məmmədhəsən Həsənov, Loğman Abdullayev, Yaqub Babalı, Elşən Məmmədov və başqaları çıxış edərək müxtəlif təkliflər veriblər. Sessiyanın sonunda gündəlikdə duran məsələlərlə bağlı uyğun qərarlar və Güney Azərbaycanda baş verən olaylarla bağlı Bəyanat qəbul edilib. Geri dön |