Ana Sayfa > Partiya > Müsavat “seçkidən çıxıb, yağmura düşdü”

Müsavat “seçkidən çıxıb, yağmura düşdü”


12-11-2015, 10:03. Yazar: admin
Müsavat “seçkidən çıxıb, yağmura düşdü”
“Tural Abbaslı partiya yaradacaqsa, Müsavatdan kənarlaşdırılacaq”. Bunu ötən günkü açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib.

O bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı da daxil olmaqla, bəzi Müsavat üzvlərinin təsis etdiyi “Ağ blok” partiyaya çevriləcəksə, bu şəxslər Müsavatdan çıxarılacaq:
“Belə bir hadisə baş verərsə, bu məsələ təbii ki, araşdırılacaq. Başqa partiyada təmsil olunan adamlar Müsavat Partiyasından çıxarılacaq. Müsavat Partiyasının üzvü digər partiyada təmsil oluna bilməz”.
Qeyd edək ki, T. Abbaslı parlament seçkiləri ilə əlaqədar yaratdığı “Ağ blok”un partiyaya çevriləcəyini deyib. Cəzalandırılanlarn isə bundan sonar daha da artacağı ehtimal olunur. Buna missal olaraq iki gün öncə Müsavat Partiyasının Divan iclasındakı müzakirələr də təsdiqlədi.
Sözügedən toplantıda partiyanın seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin məsələsinə baxılıb. Təşkilatdan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilib.
Baş verənlərlə bağlı açıqlama verən İltizam Əkbərli partiyanın qərarına hörmət etdiyini deməklə yanaşı bəzi narazılıqlarını da dilə gətirib: “Partiyanın barəmdə verdiyi qərara hörmətlə yanaşıram. Amma öz mövqeyimi bu gün də haqlı hesab edirəm. Çünki mən kampaniya dövründə seçicilərimlə bir-bir görüşərək, onlara seçkidə iştirak edəcəyimi, mənə etimad göstəriləcəyi halda problemlərinin həll olunması üçün əlimdən gələn hər şeyi edəcəyimi demişdim”.
Müsavat funksionerinin sözlərinə görə, partiyadan namizəd olması onun ziyanına işləyən amil olub: “Partiyanın siyahısından seçkidə iştirakımın mənə ziyanı oldu. Müsavat xətti ilə 60-dan artıq namizədimiz qeydə alınsaydı, komissiyalara da məşvərətçi ilə təmsil olunmaq hüququmuz olardı. Amma partiyanın 60-dan çox namizədi qeydə alınmadığına görə, mən və digər partiyadaşlarım bu hüquqdan məhrum olduq.
Namizədliyim sərbəst şəkildə qeydə alınsaydı, komissiyalarda məşvərətçi ilə təmsil olunmaq hüququm olardı. Mən yalnız 43 məntəqədə öz müşahidəçilərimi yerləşdirə bildim. Onlar da yalnız seçkini izləmək hüququna malik idilər. Partiyanın xətti ilə namizəd olmağım seçkilərin nəticələrinə mənfi təsir etdi. Saat 15:00-a qədər seçkilər normal davam edirdi. Lakin daha sonra bəzi məntəqələrdə qanun pozuntuları ilə bağlı mənə müraciətlər daxil olmağa başladı”.
Əldə etdiyimiz məlumatlarda isə Müsavatda daha bir neçə üzvün cəzalandırılması və partiyadan xaric edilməsi nəzərdə tutulub.

Geri dön