Ana Sayfa > Partiya > Tale Bağırzadəyə görə Zakir Qaralova müraciət edildi: "Təcili tədbir görün!"

Tale Bağırzadəyə görə Zakir Qaralova müraciət edildi: "Təcili tədbir görün!"


10-11-2015, 10:40. Yazar: admin
Tale Bağırzadəyə görə Zakir Qaralova müraciət edildi: "Təcili tədbir görün!"
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay Tale Bağırzadə barəsində baş prokuror Zakir Qaralova müraciət edib. Vertikal.az-ın moderator.az-a istinadən xəbərinə görə, müraciətdə deyilir:

"Azərbaycan cəmiyyəti və hüquq mühafizə orqanları vahabi sünni-ekstremist təriqəti təmsilçilərinin zərərsizıəşdirilməsi ilə məşğul oldugu son illərdə, digər tərəfdən, ölkədə İran fars rejimi agenturası və təbligatının “çiçəklənməsi” müşahidə olunmağa başlayıb. Zaman göstərir ki, bu şəbəkənin ölkəmizdəki fəaliyyət və imkanlar dairəsi kifayət qədər genişlənib.

Son bir ildə ölkə gündəmini qlobal iqtisadi krizisin təsirlərini aradan qaldırmaq və Milli Təhlükəsizlik və sair nazirliklərdə kök salmış cinayətkar yuvaların zərəsizləşdirilmək tədbirləri tutduğu çətin məqamda bizim cənub qonşumuz 5-ci kalonunu aktivləşdirmək fürsətçilliyinə əl atıb. Xüsusilə də, Aşura mərasimi ərəfəsi, aşura günü və ondan sonrakı dövrdə hər şey aydın oldu. Radikal fars islam xətti daşıyıcıları olan “hüseynçilər”in görünməmiş həddə təşkilatlanması, siyasiləşməsi, arxayınlaşması və aqressiv formada Azərbaycan dövlətçiliyi, xalqçılığı, vətənçiliyini saymazlığı, açıq təhdid xarakterli təzahürləri üzə çıxdı.

Təəssüflə qeyd etməliyəm ki, son illərdəki ictimai və dövlət təhlükəsizliyimiz nəzarətinin boşluğundan bəhrələnməklə neçə-neçə gəncimiz İranın Məşhəd və Qum-antiazərbaycan yuvalarında dini-siyasi “kurs” və təlimlərə cəlb olunmuşdur. Azərbaycanın neçə-neçə gənc övladının özünə qarşı təbliğatlandırılması və beyinlərin fars şovinizmi maşınında yuyulması baş vermişdir. Bu gün açıq görünür ki, dövlətçilik və milli birliyimiz İran-fars rejiminin ölkəmizdə kök salmış siyasi-nizamlı mütəşəkkil radikal islamçı ideoloqları və onların itaətkarlarının sərt təhdidi qarşısında qalmışdır.

Hiss olunur ki, bu şəbəkə artıq hərəkətə keçmək üçün tam hazırdır və bunun üçün ölkəmizin azacıq təlatümü, büdrəməsi fürsətini gözləyirlər. Regiondakı son siyasi çalxalanmalar və bu cür şəbəkə və cərəyanlara nəzarətə məsul Milli Təhlükəsizlik Nazirliyi ətrafında silkələnmələrdən dərhal sonra bu təhlükıli cərəyanın görünməmiş cürətli aktivliyi bunun sübutudur.

Ölkədə artıq, geniş və təhlükəli vüsət almış bu şəbəkənin analiz və mahiyyəti böyük bir yazının, geniş ictimai müzakirənin mövzusudur. Mən bir ictimai təşkilat rəhbəri, hüquqşünas-tədqiqatçı kimi, konkret olaraq, fikrimi bu ifrat antiazərbaycançı cərəyanın son dövrlərdə əsas stimulverici fiquruna çevrilmiş, özünü "Müsəlman birliyi hərəkatı" adlı dövlət qeydiyyatından keçməmiş təşkilatın sədri elan etmiş Tale Bağırzadə üzərində cəmləşdirmək istərdim. Onun bu son dövrdəki fəaliyyəti, çıxışları, möizələri barədə müşahidələrimi diqqətə çatdırmaq istərdim.

Taleh Bağırzadə 5 il fars rejimi ideologiyası yuvası olan, İranın Qum şəhərində dini təhsil alıb. Hər birisi 1 il olmaqla Məşhəd və Nəcəfdə(İraq) xüsusi “kurs” keçib. Təhsil alıb, beyninin yuyulub millət, vətən, xalq anlayışlarından uzaqlaşdırılmış bu gənc hazırda fanatizm dərəcəsində siyasi radikal islam-şiəliyini təmsil edir. Onun son dövrlərdəki bütün fəaliyyəti, çıxışları Azərbaycan dövlətçiliyi və xalqına qarşı olmaqla tam təxribat xarakterlidir. Davranış tərzi və ölkəmizi aşağılayıcı çümlələri fars rejiminin ideoloji kökünü təşkil edən ayətullahların dəst-xətti ilə eynilik təşkil edir.

Tale Bağırzadənin son dövrdəki bəzi çıxışlarına diqqət edək. Aşuranı, bu adam Azərbaycan xalqının milli kimliyi hesab edir. Bu azərbaycançılığı, xalqın milli kimliyini heçə endirib, aparıb bir dinin hansısa azlıqda qalmış bir qolunun müqəddəs saydığı şəxslərinin matəminə bağlamaqdır. Ölkəni milli, dini bölücülükdür. T. Bağırzadə Azərbaycan dövlətçiliyinin mahiyyətini səfəviliyə və oradan da Kərbala faciəsinə, aşuraya və hüseynçiliyə bağlayır. Bu, dövlətin quruluşunun əsaslarına qarşı açıq çağırış deməkdir.

Tale Bağırzadə Azərbaycanda yalnız iki dini təriqətin: hüseynçilər, ya da düşmən, qaniçən yezidlər ola bilməsini bildirir. Demək, İslam dininə və Azərbaycan xalqına “hüseynçilik”dən başqa bir yol tanımır. Bu yoldan kənar hər bir şəxsi özlərinə yezid-qanlı düşmən görür. İnsanların dini və təriqət seçimi azadlığına qarşı təhdiddir bu. Tale Bağırzadə icazəsiz, özbaşına aksiyalar keçirən, polisə müqavimət göstərən dini radikal aksiyaçıların cəzalandırılması qarşılığında hüquq-mühafizə orqanlarını, dövlət strukturlarını qanlar tökmək və qanla boğacaqları çagırışını edir. Bu, ictimai asayişin pozulmasına, ümumi itaətsizliyə, kütləvi ixtişaşlara açıq çağırışdır.

Tale Bagırzadə çixişlarında “şiə-hüseynçilik” təbliğatının ictimai-siyasi bağlılıqlı və yöndəmli olmasının vacibliyini açıq vurgulayır, siyasi müxalifət və elektoratını və hətta milli kimliklərini tanımadığı millətçiləri birliyə dəvət edir. Bu da onun təbliğatının əsasının təmiz din və iman yox, sifarişli siyasət təşkil etdiyinə, din pərdəsi altında siyasət apardığına dəlalət edir. Bu səpgili qanuna və dövlətçiliyəzidd şüar və çıxışlar sırasını genişləndirmək olar.

Beləliklə, Tale Bağırzadə Azərbaycandakı sifarişli ifrat fəaliyyəti ilə milli dəyərlərimizə, xalqın qururuna, vətəndaş cəmiyyəti sisteminə və dövlətçiliyimizə qarşı açıq təhdidlər edir. Belə pozucu fəaliyyəti onun dərs aldığı İran islam Respublikası və yaxud da istənilən ölkədə kimsə aparsaydı dərhal ən sərt formada zərəsizləşdirilərdi. Azərbaycan kimi, dini tolerant, dünyəvi ölkə kimi tanınan məkanda bu yolverilməzdir. Açıq görünür ki, mənbəyini modern fars siyasi şiə-islamçılığından götürən bu aqressiv “heseynçi” xətti Azərbaycanın ata-baba şiəliyinə, ənənəvi aşura mərasimi adətlərinə yaddır və ümumiyyətlə isam dininə yaddır.

Hesab edirəm ki, Azərbaycan vətəndaş cəmiyyəti Tale Bağırzadənin ictimai zərərli, ekstremist fəaliyyəti, çagırışlarına qarşı geçikmədən lazımi reaksiya verməlidir. Xüsusən, bu məsuliyyətli anda milli-dövlətçilik zəminində fəaliyyətlərini qurmuş ictimai-siyasi xadimlərin, siaysi partiyaların, ictimai təşkilatlar və milli-vətənpərvər gənclərin bu anda reaksiyalarına ehtiyac yaranlb. Niyə, milli-vətənpərvər yönlü gənclərimiz və onların təşkilatları yığışıb, piket və mitinqlər keçirib, bu yadelli radikal ideoloğıya yayıcısının cavabını vermirlər?

Bəzi siyasi partiyalar, ictimai birliklər və ictimai xadimlərin radikal fars şovinizminin bu siyasi dələduzu, fırıldaqçı təmsilçisinin şirnikləndirici “antihakimiyyət birliyi” həvəsləndirmələrinə uyması təəccüblüdür. Xalq birliyi adı ilə danışan T. Bağırzadənin sadəcə bir çıxışına diqqət etmək kifayətdir ki, çıxışında bildirir: bu ölkədə hakimiyyətə gələn qüvvə mütləq “hüseynçi-aşura” təfəkküründə olmalıdır! Bunların bu fanat mənşəli sərsəm iddialardan xəbərləri varmı?

Hesab edirəm ki, Tale Bağırzadənin hüquqazidd pozucu fəaliyyəti və dövlətçiliyə zərərli əməllərinə qarşı Baş Prokurorluq müvafiq zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova mətbuat vasitəsilə müraciət edib, xahiş edirəm ki, Tale Bağırzadənin fəaliyyətinin araşdırılması, onun əməllərinin qanunazidd tərəflərinə hüquqi qiymət verilməsi və onun cinayət məsuliyyətinə cəlb olunması barədə təcili tədbirlər görülsün.

Əminəm və bu da tam müşahidə olunur ki, Azərbaycan xalqı və ictimaiyyəti radikal siyasi islamçılığın, “hüseynçiliyin” son dövrlərdəki aqressiv, təhlükəli davranışından narahatçılıq keçirir. Bu antidövlət və antiictimai təhdidlərin, çağırışların qarşısının ictimai qınaq və hüquqi təsirlər yolu ilə alınmasını istəyir".

Geri dön